Şərqşünaslıq fakültəsində türk yazıçısı Ali Işık ilə görüş keçirilib
21 Fevral 2025 12:51

Şərqşünaslıq fakültəsində türk yazıçısı Ali Işık ilə görüş keçirilib.
21 fevral 2025-ci il tarixindǝ Bakı Dövlǝt Universitetinin Şǝrqşünaslıq fakültǝsindǝ tanınmış türkiyǝli hekayǝ yazarı Ali Işık ilǝ görüş tǝşkil olunub. Qonaq Yunus Emre İnstitutu ilə Şərqşünaslıq fakültəsinin əməkdaşlığı çərçivəsində keçirilən dəyirmi masada fakültǝnin dekanı Aydan Xǝndan, dekan müavinlǝri, müǝllim heyǝti vǝ Tǝlǝbǝ Elmi Cǝmiyyǝtinin üzvlǝri iştirak ediblər. Görüş zamanı yazıçının yaradıcılığı, müasir türk ǝdǝbiyyatının inkişaf istiqamǝtlǝri vǝ ǝdǝbiyyatın cǝmiyyǝtǝ tǝsiri mövzularında geniş müzakirǝlǝr aparıldı. Tǝlǝbǝlǝr Ali Işık’a onun yazı üslubu, ilham mǝnbǝlǝri, ǝdǝbi yaradıcılıq prosesi vǝ yazıçılıq sǝnǝtinin incǝliklǝri ilǝ bağlı suallar ünvanlayıblar. Yazıçı öz yaradıcılıq yolu, qarşılaşdığı çǝtinliklǝr vǝ ǝdǝbiyyata baxışı haqqında geniş mǝlumat verib, gǝnc oxucular vǝ yazıçılıqla maraqlanan tǝlǝbǝlǝr üçün dǝyǝrli tövsiyǝlǝr sǝslǝndirib. Sǝmimi vǝ interaktiv şǝkildǝ keçǝn görüş qarşılıqlı fikir mübadilǝsi şǝraitindǝ davam edib. Tǝdbirin sonunda Ali Işık tǝlǝbǝlǝrlǝ vǝ müǝllim heyǝti ilǝ xatirǝ şǝkillǝri çəkdirib. Görüş iştirakçılar üçün maraqlı vǝ maariflǝndirici olmaqla yanaşı, onların yazıçılıqla bağlı dünya görüşünün genişlǝnmǝsinǝ dǝ töhfə verib.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36