Şərqşünaslıq fakültəsində növbəti ustad dərs keçirilib
Şərqşünaslıq fakültəsində “Şərqşünaslıq fakültəsinin 100 ili tamam olur və türk filologiyası kafedrasının elmi araşdırmaları” mövzusunda ustad dərs keçirilmişdir. Məruzəçi Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov ilk öncə Şərqşünaslıq fakültəsinin 100 illik yubileyi ilə əlaqədar olaraq fakültənin uğurları haqqında geniş məlumat vermişdir. Məruzəçi qeyd etmişdir ki, Şərqşünaslıq fakültəsi mühüm bir təhsil müəssisəsi olmaqla yanaşı 100 il boyunca həm də şərqşünaslıq araşdırmalarının aparıcı qüvvələrinin birləşdiyi məkan olmuşdur. Rüfət Rüstəmov öz çıxışında türk filologiyası kafedrasının 30 illik fəaliyyəti ərzində yüksək nailiyyətlər əldə etdiklərindən, kafedranın tədqiqat işləri və gələcək perspektivlərindən geniş və ətraflı söz açmışdır. Məruzəçi çıxışında Türk və Azərbaycan dili arasında olan oxşar və fərqli cəhətləri elmi cəhətdən əsaslandırılmış şəkildə izah etmişdir, müasir türk dilinin qrammatikasının mühüm məqamları təhlil olunmuşdur.
Tədbir kafedra əməkdaşlarının və tələbələrin diskussiyalara ilə davam etmişdir.