Şərqşünaslıq fakültəsində növbəti elmi seminar keçirilmişdir
Şərqşünaslıq fakültəsində “Azərbaycan və yapon dillərində onomatopoetik leksikanın müqayisəli tədqiqi” mövzusunda elmi seminar keçirilmişdir. Məruzəçi Şərqşünaslıq fakültəsinin Regionşünaslıq Yaponiya üzrə ixtisasının II kurs tələbəsi Məryam Xocanəzərzadə çıxışın əvvəlində Azərbaycan və yapon dillərində onomatopoetik leksikanın rolunu vurğuladı və onların xüsusiyyətlərini qeyd etdi. Daha sonra hər iki dildə onomatopoetik sözlərin quruluşu müqayisəli şəkildə izah etdi və Hind-Avropa dil ailəsinə mənsub olan ingilis dili ilə qarşılaşdırdı. Məruzəçi çıxışın sonunda Azərbaycan və yapon dillərinin onomatopoetik leksikasının oxşar cəhətlərini qeyd etdi və bu oxşarlıqları cədvəllər vasitəsilə aydınlaşdırdı. Məruzəçi seminar zamanı mövzunun daha yaxşı başa düşülməsi üçün slaydlardan istifadə edərək çıxış etdi. Məruzəçi sonda seminar iştirakçılarının suallarını cavablandırdı.