Şərqşünaslıq fakültəsində Nizami ili ilə əlaqədar dəyirmi masa keçirilib
10 Mart 2021 12:00
Şərqşünaslıq fakültəsində Nizami ili əlaqədar “Nizami əsərlərində ədalətli hökmdar obrazı” adlı dəyirmi masa keçirilib.
10 mart 2021-ci il tarixində Şərqşünaslıq fakültəsi dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar tədbirlərə davam edərək, “Nizami əsərlərində ədalətli hökmdar obrazı” adlı onlayn dəyirmi masa keçirib. Dəyirmi masa fakültənin sosial məsələlər üzrə dekan müavini Şahin Yusiflinin təqdimatı əsasında başlayıb. Çıxış zamanı cənab prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamı yad edilərək, sənədə daxil olan bəndlər arasında Nizami Gəncəvinin dünya şərqşünaslarının diqqət mərkəzinə çevrilməsi müddəaları üzərində dayanılmış, bu istiqamətdə davamlı tədbirlərin keçirilməsi ilə yanaşı, tələbələrə də dahi şair barədə geniş məlumatın çatdırılmasının vacibliyi vurğulanmışdır.
İlk olaraq İran filologiyası kafedrasının dosenti Nüşabə Əlizadə çıxış edərək, Nizami dühası barəsində, əsərlərinin ədəbi əhəmiyyəti, o cümlədən poemalara daxil olan hökmüdar obrazlarının xarakterik xüsusiyyətləri, Nizami dilinin füsunkarlığı və cazibədarlığı, Nizami ədəbi məktəbi və onun xüsusiyyətləri barəsində geniş məlumat vermişdir.
Növbəti çıxışçı dosent Bilqeyis Quliyeva Nizaminin ardıcılları, Xəmsəçilik ənənəsi, şairin əsərlərinin ideya və estetik xüsusiyyətləri, Nizaminin qərb ədəbiyyatına təsiri, həmçinin Xəmsəyə daxil olan əsərlərdə hökmüdar obrazlarının təhlili barəsində çıxış etmişdir.
Elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə Nizaminin təbliği işinin gücləndirilməsi, fakültənin Nizami ili boyu tədbirlərə ev sahibliyi etməsinin zəruriliyi, davamlı tədbirlərin keçirilməsini, dahi şairin öyrənilməsi və Nizami yaradıcılığına olan yeni yanaşmalara ehtiyacın olduğunu vurğulamışdır.
Çıxışlardan sonra iştirakçılar arasında fikir mübadiləsi olmuş, Nizaminin elmə yeni məlum olan bəzi tərəfləri haqda, yeni tezislərin mahiyyəti barəsində diskusiya aparılmışdır. Tələbələr mövzuya öz rəğbətini bildirmiş, bu cür tədbirlərin davamlı olmasını bildirmişlər. Suallara cavab verildikdən sonra, tədbir yekunlaşdırılmışdır.
|
Son XƏBƏRLƏR
20.01.2025 | 21:51
BDU kollektivi Şəhidlər xiyabanını ziyarət edib
16.01.2025 | 09:12
Tələbəmiz təşəkkürnamə ilə təltif olunub
24.12.2024 | 22:58
BDU rektoru Misir, Küveyt səfirləri və Qətərin müvəqqəti işlər vəkili ilə görüşüb
24.12.2024 | 09:04
18 dekabr - Beynəlxalq Ərəb Dili Günü”nə həsr olunmuş tədbir keçirilib
23.12.2024 | 22:54