Şərqşünaslıq fakültəsində Nizami ilə bağlı növbəti dəyirmi masa keçirilib
18 Aprel 2021 08:37
Şərqşünaslıq fakültəsində Nizami ilə bağlı "Nizami əsərlərinin kompozisiyası və bədii xüsusiyyətləri" adlı növbəti dəyirmi masa keçirilib.
19 aprel 2021-ci il tarixində Şərqşünaslıq fakültəsində Nizami ilə bağlı "Nizami əsərlərinin kompozisiyası və bədii xüsusiyyətləri" adlı növbəti onlayn dəyirmi masa baş tutub.
Dəyirmi masa fakültənin dekan müavini Şahin Yusiflinin açılış nitqi ilə başlayıb. O, çıxışında fakültə daxilində Nizami ili ilə bağlı keçirilən silsilə tədbirlər barəsində məlumat verərək, şairin həyat və yaradıcılığının öyrənilməsi, əsərlərindən çıxan ədəbi və fəlsəfi ideyalarının aşılanmasının zəruriliyini qeyd etmiş, ölkə rəhbərinin müvafiq sərəncamını xatırladaraq, bu aspektdə görülən işlərdə şərqşünasların yaxından iştirakının əhəmiyyətini vurğulamışdır.
İran filologiyası kafedrasının dosenti Əsmətxanım Məmmədova çıxış edərək, Nizaminin "Sirlər Xəzinə"si əsərinin bədii xüsusiyyətləri, burada istifadə olunan orjinal leksik fiqurlar barədə məlumat vermiş, dil xüsusiyyətlərinə diqqət yetirməklə fonetik hadisələri nəzərdən keçirmişdir.
Milli Musiqi Akademiyasının "Dillər və ədəbiyyat" kafedrasının müdiri, əruzşünas professor Tərlan Quliyev, Nizami "Xəmsə"sinin quruluşu barədə çıxış etmiş, poemalarda istifadə olunan əruzun bəhrləri, təfilə sistemi barədə geniş məlumat vermiş, müxtəlif nümunələrlə həm əruz bəhrlərini yad etmiş, həm də Nizaminin istifadə etdiyi bəhrlərin imkanları barəsində danışmışdır.
İran filologiyası kafedrasının dosenti İlhamə Məmmədova, Nizaminin "Sirlər Xəzinə"si əsərində yer alan münacatlar barəsində danışmış, Nizamidə olan irfani motivləri farsca nümunələr əsasında təhlil etmişdir.
Dəyirmi masada iştirak edən digər müəllimlər, ərəb filologiyası kafedrasının dosenti Heybət Heybətov, Nizami barədə müxtəsər şəkildə fikirlərini bildirmiş, çıxışlar barəsində diskusiyalara qoşulmuş, dəyirmi masanın səmərəliliyi və əhəmiyyətini qeyd etmişdir. Tədris işləri üzrə dekan müavini Tərlan Məlikov, müzakirələrə qoşularaq, "əruzşünaslıq" fənninin gələcəkdə tədris planına salınmasının fakültə tələbələrinin xeyrinə ola biləcəyini qeyd etmiş, Nizami ilə bağlı tədbirlərin davamlı olmasını arzu etmişdir.
Suallara cavab verildikdən sonra, dəyirmi masa işini yekunlaşdırmışdır.
|
Son XƏBƏRLƏR
20.01.2025 | 21:51
BDU kollektivi Şəhidlər xiyabanını ziyarət edib
16.01.2025 | 09:12
Tələbəmiz təşəkkürnamə ilə təltif olunub
24.12.2024 | 22:58
BDU rektoru Misir, Küveyt səfirləri və Qətərin müvəqqəti işlər vəkili ilə görüşüb
24.12.2024 | 09:04
18 dekabr - Beynəlxalq Ərəb Dili Günü”nə həsr olunmuş tədbir keçirilib
23.12.2024 | 22:54