Şərqşünaslıq fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib
29 Oktyabr 2021 12:09

|
Şərqşünaslıq fakültəsində Elmi Şuranın iclası keçirilib.
28 oktyabr 2021-ci il tarixində Şərqşünaslıq fakültəsinin Elmi Şurasınının növbəti iclası keçirilmişdir. Dekan vəzifəsini icra edən f.ü.f.d. Tərlan Məlikov, 26 oktyabr tarixində rektorun bütün fakültələr üzrə dekan və dekan vəzifəsini icra edənlərlə olan görüşü barədə ümumi məlumat verdikdən sonra, cari məsələləri şura üzvlərinin diqqətinə çatdırmışdır. Pandemiya ilə əlaqədar Nazirlər Kabinetinin qərarlarından irəli gələn məsələlər, rektorun bu istiqamətdə olan göstərişləri diqqətə çatdırıldıqdan sonra, cari məsələlər müzakirə edilmişdir.
Buraxılış işlərinin mövzusu təsdiq edilmiş, İran filologiyası kafedrasının baş müəllimi Quluzadə Rauf Əlihüseyn oğlunun “Tələffüz və şifahi nitq” fənni üzrə proqramı çapa məsləhət görülmüşdür. Ərəb filologiyası kafedrasının dosenti Könül Məmmədovanın dissertasiya işinin adı və elmi rəhbərinin dəyişdirilməsi qəbul edilmiş, Türk filologiyası kafedrasının müəllimləri f.ü.f.d. Hacıyeva Bənövşə Niyaz qızı, f.ü.f.d. İmanova Gülnarə Tofiq qızı, o cümlədən İran filologiyası kafedrasının müəllimi f.ü.f.d. Nəcəfova Familə Famil qızının dosent elmi adının təsdiqi üçün Böyük Elmi Şura qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul edilmişdir.
İran filologiyası kafedrasının müəllimi f.ü.f.d. Mehman Tarverdiyevin “Nizami Gəncəvinin ‘Xosrov ve Şirin” məsnəvisində feil kökünün leksik-qrammatik funksiyası” adlı dərs vəsaiti kafedra iclasında müzakirə edildikdən sonra, fakültə Elmi Şurası tərəfindən təsdiq edilmişdir.
![]() |
Son XƏBƏRLƏR
08.07.2026 | 13:03
Şərqşünaslıq fakültəsində 2024-2026-cı tədris ilində təhsil alan magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib
07.07.2026 | 13:16
Regionşünaslıq (Pakistan və İran üzrə), Tərcümə (fars dili) və Filologiya (fars dili) ixtisasları üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
03.07.2026 | 12:57
“Ərəb ədəbi və Qurandafeilin zaman formaları”
22.06.2026 | 16:03
Çin, Yaponiya və Koreyaşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
19.06.2026 | 07:58
