Şərqşünaslıq fakültəsində Çin mədəniyyəti günü keçirilib
26 Dekabr 2023 08:22

Şərqşünaslıq fakültəsində Çin mədəniyyəti günü keçirilib.
26 dekabr 2023-cü il tarixində Şərqşünaslıq fakültəsində BDU-nun Konfutsi Mərkəzinin təşkilatçılığı və tələbələrin iştirakı ilə Çin mədəniyyəti günü keçirilib. Tədbir Çin mədəniyyətinə aid olan əjdaha rəqsi ilə start götürüb. Ənənəvi çin rəqsi ifa olunduqdan sonra, Konfutsi Mərkəzinin rəhbəri və fakültə dekanı tədbir barədə, o cümlədən şərqşünaslıq fakültəsində Çin dilininin tədrisi, mərkəzlə olan əlaqələlər, perspektivdə olan istiqamətlər barədə məlumat veriblər. Çıxışlardan sonra Azərbaycan milli rəqsi və musiqisi ifa olunub. İfalardan sonra Çin mədəniyyəti yarmarkası öz işinə başlayıb. Çay mərasimi, Çin kalliqrafiyası, oyunlar, rəssamlıq kimi fəaliyyət növləri üzrə əyani işlər icra olunaraq, nümayiş olunub.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36