Şərqşünaslıq fakültəsində “Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş vebinar keçirilib
31 Mart 2021 12:00
Şərqşünaslıq fakültəsində “Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş “ Tarixi qəddarlıq” adlı vebinar keçirilib.
30.03.2021 tarixində Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Tələbə Elmi Cəmiyyətin təşəbbüsü ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı “Tarixi qəddarlıq” adlı vebinar keçirilmişdir. Vebinarda fakültənin müəllim və tələbə heyəti iştirak etmişdir. İlk olaraq Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Nigar İsmayılzadə çıxış edərək, mart soyqırımın Azərbaycan tarixində buraxdığı dərin izlərdən danışmış, xalqımıza qarşı törədilmiş cinayətlərin dünya ictimaiyyəti tərəfindən qınanılmasının zəruriliyini bildirmişdir.
Ərəb filologiyası kafedrasının dosenti və fakültənin Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri Heybət Heybətov soyqırım ilə bağlı ətraflı çıxış edərək, bəşəriyyətin məhvinə səbəb olan soyqırım anlayışını ümumi şəkildə şərh etmiş, Azərbaycan xalqına qarşı törədilmiş insanlığa yaraşmayan əməlləri sərt qınamış, ümummilli lider Heydər Əliyevin soyqırıma verdiyi tarixi qiymətin yerində və zamanında olmasını bildirmişdir. Mart hadisələrinin dünyadakı digər xalqlara qarşı törədilən və rəsmən tanınmış başqa soyqırımlar kimi qiymətləndilməsinin vacibliyi bildirilmişdir. Ərəb filologiyası kafedrasının müəllimi Mais Ağaverdiyev “Tarixi yaddaşımızdan silinməyən soyqırım” adı altında mart soyqırmının müsəlmanlara qarşı törədilmiş məqsədli siyasət olması və millətimizə qarşı qətliam xarakterli olması barədə məlumatlar vermişdir.
Sonra fakültənin fəal tələbələrinə söz verilmişdir. Fakültənin IV kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının sədri İmran Sayılov çıxış edərək, Bakı və Şamaxıda törədilmiş qanlı faciə haqqında əhatəli şəkildə danışmış, tələbələrin mövqeyini ətraflı şəkildə ifadə etmişdir. Fakültənin III kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Elnarə Həsənova soyqırımın bəşər cəmiyyətinin məhvində utanc doğuran bir hadisə olmasını izah edərək, mart soyqırımın təfərrüatları barədə çıxış etmiş, TEC-i adından mart soyqırımı ilə bağlı hazırlanmış videoçarxı nümayiş etdirmişdir. Regionşünaslıq ixtisasının II kurs tələbəsi Nihad Əliyev xalqımıza qarşı törədilən cinayətin nəticələri, insan itkisi və dünyada mart hadisələrinin tanıdılması ilə əlaqədar fikirlərini ifadə etmişdir. Sonra suallar ətrafında fikir mübadiləsi aparılmış, suallar cavablandırıldıqdan sonra vebinar yekunlaşdırılmışdır.
|
Son XƏBƏRLƏR
20.01.2025 | 21:51
BDU kollektivi Şəhidlər xiyabanını ziyarət edib
16.01.2025 | 09:12
Tələbəmiz təşəkkürnamə ilə təltif olunub
24.12.2024 | 22:58
BDU rektoru Misir, Küveyt səfirləri və Qətərin müvəqqəti işlər vəkili ilə görüşüb
24.12.2024 | 09:04
18 dekabr - Beynəlxalq Ərəb Dili Günü”nə həsr olunmuş tədbir keçirilib
23.12.2024 | 22:54