Şərqşünaslıq fakültəsində 26 fevral - Xocalı soyqırımı ilə əlaqədar anım günü tədbiri keçirilib
25 Fevral 2022 21:50
Şərqşünaslıq fakültəsində 26 fevral - Xocalı soyqırımı ilə əlaqədar anım günü tədbiri keçirilib.
24 fevral 2022-ci il tarixində Şərqşünaslıq fakültəsi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 26 fevral - Xocalı soyqırımının otuz illiyi ilə əlaqədar anım günü tədbiri keçirilib.
Tədbirdə Şərqşünaslıq fakültəsinin professor-müəllim heyəti, ən gənc Vətən müharibəsi qəhrəmanı və tələbələr iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, Xocalı qurbanları, o cümlədən Vətən müharibəsi şəhidlərinin yad edilməsi başlayıb.
Fakültənin dekanı, dos. Aydan Xəndan çıxış edərək, Xocalı faciəsinin dünya və insanlıq tarixində humanizmin ətəyinə vurulan qara ləkə - genosid olması, bir toplumun bir xalqın nümayəndələrini xüsusi metodlarla, bütövlükdə nəsillərin kəsilməsinə xidmət edən yollarla amansızcasına qətli barəsində danışmış, faciənin motivləri, tarixi əhəmiyyəti barədə geniş çıxış etmişdir. Çıxış Xocalı qurbanlarına həsr edilmiş şeirlə tamamlanmışdır.
Türk filologiyası kafedrasının müdiri, prof. Rüfət Rüstəmov Xocalı soyqırımı kontekstində ermənilərin türk-müsəlmanlara, xüsusi ilə Azərbaycan xalqına qarşı törətdikləri əməlləri, vandal erməni siyasətinin nəticələri, bu sərsəm tayfanın terrorist kimliyi barədə geniş məlumat vermiş, ölkə rəhbərinin bu mübarizədə apardığı geniş siyasətin tərəfləri haqda məlumat verilmişdir. Tələbələrə Xocalının unudulmaması, mübarizənin müxtəlif müstəvilərdə daim aparılmasının zəruriliyi tapşırılmışdır. Uzaq şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, prof. Oqtay Cəlilbəyli, faciə baş verən zaman ölkədə olan ictimai-siyasi vəziyyət, ermənilərin anti-türk siyasəti, erməni dairələrə qarşı gələcək nəsillərin mübarizə üsullarının çoxorientasiyalı formaya gətirilməsi, ölkə rəhbərinin bu istiqamətdə gənclərə verdiyi məsləhətlər yad edilmişdir.
Tədbirdə fakültənin Vətən müharibəsində iştirak edən tələbələri ilə yanaşı, qonaq qismində ölkənin ən gənc Vətən müharibəsi qəhrəmanı Yaqubov Vüsal iştirak edib.
Qazi, Xocalı faciəsinin xalqımızın qan yaddaşı olduğunu, qətliam qurbanlarının ruhları qarşısında təsəlli tapmaq üçün döyüşlərdə canları və qanlarından keçdiklərini qeyd etmiş, keçdiyi döyüş yolu barədə məlumat vermişdir. Gənc qəhrəman həmyaşıdlarına düşmənə qarşı ayıq-sayıq olmağı, mübarizənin davam etdiyini bildirmişdir
Fakültənin dekan müavini Şahin Yusifli Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq miqyasda aparılan işlər, informasiya müharibəsinin davamlılığının təmin edilməsi, Xocalıya ədalət kompaniyası, onun əsas məqsədləri barədə məlumat vermişdir.
Türk filologiyası kafedrasının dosenti Nurlana Mustafayeva, faciə barədə geniş məlumat təqdim etmiş, Xocalının coğrafi mövqeyi və düşmən üçün əhəmiyyəti, qətliam barədə beynəlxalq ictimaiyyətin reaksiyası, erməni terrorizminin mahiyyəti barədə danışmış, insanlıq əleyhinə törədilmiş qanlı faciənin tanıdılması istiqamətində gənclərin əməli fəaliyyətinə ehtiyacın duyulduğunu qeyd etmişdir.
Tədbir faciə ilə əlaqədar şeir qiraəti, videoçarxın nümayişi və tələbələrin çıxışı ilə davam etmişdir. Çıxışlar bitdikdən sonra, tədbir yekunlaşmışdır.
|
Son XƏBƏRLƏR
20.01.2025 | 21:51
BDU kollektivi Şəhidlər xiyabanını ziyarət edib
16.01.2025 | 09:12
Tələbəmiz təşəkkürnamə ilə təltif olunub
24.12.2024 | 22:58
BDU rektoru Misir, Küveyt səfirləri və Qətərin müvəqqəti işlər vəkili ilə görüşüb
24.12.2024 | 09:04
18 dekabr - Beynəlxalq Ərəb Dili Günü”nə həsr olunmuş tədbir keçirilib
23.12.2024 | 22:54