Qazi şərqşünas-məzunlarla görüş keçirilib
28 Sentyabr 2022 13:06

Şərqşünaslıq fakültəsində "27 sentyabr - Anım günü" ilə əlaqədar Vətən müharibəsinin iştirakçısı olmuş şərqşünas-məzunlarla görüş keçirilib.
27 sentyabr 2022-ci il tarixində Şərqşünaslıq fakültəsində "Anım günü" ilə əlaqədar olaraq fakültənin məzunu olmuş Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Görüşdə 2019-2022-ci illərdə fakültəni bitirmiş, Tərtər, Suqovuşan, Füzuli, Xocavənd, Şuşa və Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edərək müvafiq medallarla təltif olunmuş Salmanov Valeh, Nəbiyev Xəyal və Seyfullayev Akif iştirak ediblər. Görüş dekan, dos. Aydan Xəndanın çıxışı ilə başlayıb. Döyüş iştirakçıları ardıcıl olaraq keçdikləri döyüş yolu barədə müfəssəl məlumat veriblər. Sonra tələbələrin sualları səsləndirilib. Suallar ətrafında geniş fikir mübadiləsi aparılıb. Qəhrəmanlar döyüş şəraiti, müharibənin qoyduğu izlər, zəfər hisləri, yaddaşlarda qalan xatirələr, vətənpərvərlik motivləri ətrafında söhbətlər ediblər. Suallar cavablandırıldıqdan sonra, görüş yekunlaşdırılıb.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36