Şərqşünas-alim, şair və tərcüməçi Nəriman Qasımzadə ilə görüş keçirilib
11 Aprel 2025 10:12

Şərqşünaslıq fakültəsində şərqşünas-alim, şair və tərcüməçi Nəriman Qasımzadə ilə görüş keçirilib.
11 aprel 2025-ci ildə Şərqşünaslıq fakültəsində fakültənin məşhur məzunları ilə görüş seriyasından növbəti tədbir baş tutub. Bu seriya çərçivəsində fakültənin 1979-cu il məzunu, şərqşünas-alim, şair və tərcüməçi Nəriman Qasımzadə ilə görüş keçirilib. Görüşdə fakültənin professor-müəllim heyəti, Tələbə Gənclər Təşkilatı və könülü tələbələrin fəalları iştirak ediblər. Əvvəlcə şərqşünas-məzun barədə xronoloji məlumatlar təqdim olunub. Daha sonra ətraflı məlumat üçün söz qonağa verilib. Şərqşünas-məzun çıxışında həyat və fəaliyyəti, fakültədə oxuduğu illərdə müəllimlərindən, ərəb ölkələrində davam edən fəaliyyəti və tərcüməçiliyi tarixindən, ərəb dili barədə olan yanaşmaları, Qurani-Kərimi tərcümə etməsindən, şairlik və müəllimlik fəaliyyətindən söhbət açıb. Tələbə və müəllimlər tərəfindən bir çox suallar təqdim olunub, görüş interaktiv formada davam edib. Görüşün davamında şərqşünas-alim müxtəlif vəznlərdə qələmə aldığı şeirlərini səsləndirib, tələbələrə məsləhətlər verilib. Elmi müzakirələr Ərəb filologiyası kafedrasında davam etdirilib.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36