“Şərqdə Xəzinə Axtarışı” adlı bilik yarışması
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Şərqdə Xəzinə Axtarışı” adlı bilik yarışması keçirilmişdir.
Tədbir açıq elan olunduqdan sonra iştirakçılara oyunun mahiyyəti, qaydaları və mərhələləri barədə ətraflı məlumat verilmişdir. Yarışın əsas məqsədi tələbələrin Şərq ölkələrinin mədəniyyəti, tarixi və ədəbiyyatı haqqında biliklərini yoxlamaq və əyləncəli şəkildə öyrənməyə təşviq etmək idi. Suallar müxtəlif Şərq ölkələrinin mədəni irsi və adət-ənənələrinə əsaslanmışdı.
Tədbir iştirakçılar arasında rəqabət və pozitiv enerji ilə yadda qalmışdır. Oyunun sonunda qalib elan olunan iştirakçıya təşkilatçılar tərəfindən hədiyyə təqdim olunmuşdur.