“Şərq xalqlarının mədəniyyətində ailə dəyərləri”
-lg.jpg)
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Şərq xalqlarının mədəniyyətində ailə dəyərləri” mövzusunda elmi-praktik tədbir keçirilmişdir. Tədbirdə müxtəlif Şərq xalqlarının ailə anlayışı, ailə münasibətləri və ailə institutunun cəmiyyətdəki rolu barədə tələbələr bilik və təsəvvürlərini geniş təsvir etmişlər.
Tədbirdə fakültənin tələbələri müxtəlif mövzularda çıxışlar etmişlər. Tələbələr ərəb, fars, İsrail, Pakistan, yapon, türk və Azərbaycan mədəniyyətlərində ailə dəyərlərinin özünəməxsus xüsusiyyətlərindən bəhs etmişlər.
Çıxışlar zamanı ailənin hər bir xalqın mənəvi dayağı olduğu, milli kimliyin qorunmasında və nəsillərarası bağların möhkəmlənməsində ailə dəyərlərinin mühüm rol oynadığı vurğulanmışdır.
Tədbirin sonunda fakültənin dekanı Aydan Xəndan çıxış edərək tələbələrin mövzuya olan marağını yüksək qiymətləndirmiş, onların belə təşəbbüslərin gələcəkdə daha geniş miqyasda davam etdiriləcəyinə ümid etdiyini bildirmişdir. Elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə çıxışında tələbələrin elmi fəaliyyətində bu kimi tədbirlər keçirilməsinin təşəbbüsünün əhəmiyyətindən danışaraq onların bilik və praktiki bacarıqlarının formalaşmasındakı rolunu qeyd etmişdir.