Şərq ölkələrində Urbanizasiya və Şəhərsalmaya aid Panel Müzakirə
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə "Şərq ölkələrində Urbanizasiya və Şəhərsalmaya aid Panel Müzakirə”adlı tədbir təşkil olunmuşdur.
Tədbirin açılış nitqində urbanizasiyanı müasir dövrdə cəmiyyətin inkişafına təsirindən, şəhər həyatının gənclərin düşüncə tərzinə və sosial davranışlarına təsirindən bəhs edilmişdir. Tədbir çərçivəsində iştirakçılara urbanizasiya anlayışı, şəhər mühitində sosial və mədəni dəyişikliklər, həmçinin gənclərin bu proseslərdə rolu barədə ətraflı məlumat verilmişdir.
Tədbirin interaktiv hissəsində tələbələr üçün “Şəhərini yarat” adlı oyun təşkil olunmuşdur. İştirakçılar komandalara bölünərək öz ideal şəhər modellərini hazırlamışlar. Onlar layihələrində nəqliyyat, yaşıllıq və sosial mühit kimi vacib sahələrə diqqət yetirilmiş, daha sonra komandalar öz şəhər konsepsiyalarını təqdim etmişlər.
Münsiflər tərəfindən ən uğurlu layihə seçilmiş və qalib elan olunmuşdur. Tədbir bu mərhələdən sonra yekunlaşmışdır.