“Şərq ölkələrində Novruz bayramı və ənənələr” adlı bayram tədbiri keçirilib
19 Mart 2022 11:35

|
Şərqşünaslıq fakültəsində Novruz bayramı münasibəti ilə "Şərq ölkələrində Novruz bayramı və ənənələr" adlı tədbir keçirilib.
17 mart 2022-ci il tarixində Şərqşünaslıq fakültəsi Tələbə Həmkarlar Təşkilatı Komitəsinin təşkilatçılığı ilə "Şərq ölkələrində Novruz bayramı və ənənələr" adlı bayram tədbiri keçirilib.Tədbirdə fakültə dekanı, dosent Aydan Xəndan açılış nitqi ilə çıxış edərək, tələbə və müəllim heyətini Novruz bayramı münasibəti ilə təbrik etmiş, bayramın xalqımız üçün əhəmiyyətindən, mövcud ənənələrdən danışmışdır. Dekan müavini Şahin Yusifli Orta Şərq ölkələrinin müştərək irsi olan Novruzun tarixi və bayramla əlaqədar mifoloji təsəvvürlər barədə məlumat verdikdən sonra, tələbələr şərq dillərində Novruz bayramı və ənənələr barədə çıxış etmiş, qısa xülasə təqdim etmişlər. Sonda Novruz bayramına həsr olunmuş videoçarx nümayiş etdirilib.
|
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36





