“Şərq ölkələri klubu”un ilk təqdimat tədbiri
9 Dekabr 2024 05:33

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi nəzdində olan “Şərq ölkələri klubu”un ilk təqdimat tədbiri keçirilib.
Klubun idarə heyəti əvvəlcə klubun əhəmiyyəti barədə məlumat verib. Şərqşünaslıq fakültəsinin əsas qayəsi üzərində qurulan klubun perspektivləri haqda danışılıb. Ümumi məlumatdan sonra, tələbələr klubun fəaliyyət istiqamətinə uyğun gələn məsələlər ətrafında müzakirə aparıblar. Müxtəlif Şərq mədəniyyətlərinin unudulmağa doğru gedən zəngin irsini yenidən gündəmə gətirmək məqsədi ilə tələbələr müzakirələrdə aktiv iştirak ediblər. Tədbirin məqsədi tələbələrə Şərq mədəniyyətləri haqqında daha dərin məlumat təqdim etmək, onların qarşılaşdığı çağırışları müzakirə etmək və bu zəngin irsin daha dərindən öyrənilməsi üçün mümkün həll yolları tapmaqdır. Bu tədbir, mədəni irsə diqqət çəkmək istəyən tələbələri bir araya gətirmək üçün böyük bir fürsət olub. Tələbələr “Siz də bizə qoşularaq Şərqin rəngarəng nəğmələrini bizimlə birlikdə kəşf edin” şüarını səsləndirdilər.
Son XƏBƏRLƏR
19.03.2026 | 22:41
Azərbaycan–Koreya Kompüter Elmləri Mərkəzi
18.03.2026 | 20:53
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BDU- da
18.03.2026 | 20:46
BDU ilə XİN arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur
17.03.2026 | 09:39
Bakı Dövlət Universitetində İlaxır çərşənbə
16.03.2026 | 09:31