“Şərq İntibahının zirvəsi - Nizami“ adlı dəyirmi masa keçirilib
31 May 2021 00:11
31.05.2021-ci il tarixində Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ” Şərq İntibahının zirvəsi-Nizami” adlı onlayn tədbir keçirilib. Tədbiri fakültə THİK-nin sədri Didar Salmanlı açıq elan edərək, 2021-il yanvar ayının 5-də ölkə prezidenti, cənab İlham Əliyev tərəfindən imzalanan sərəncamın mahiyyəti üzrə məlumat vermiş və ilk çıxış üçün sözü Nizamişünas alim, İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımova vermişdir. Prof. Mehdi Kazımov Azərbaycanda və dünyada Nizamişünaslığın problemləri, Nizami üzrə aparılan tədqiqatların istiqamətləri, şairin əsərlərinin linqvopoetik xüsusiyyətləri, Nizami şəxsiyyəti, onun əsərlərinin ideya-tematik əsasları haqqında ətraflı məlumat vermişdir. Sonra isə ardıcıl olaraq söz İran filologiyası kafedrasının dosenti Əsmətxanım Məmmədovaya, Ərəb filologiyası kafedrasının dosent Heybət Heybətova, Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Şahin Yusifliyə verilmişdir. Çıxışçılar tələbələri Nizaminin həyat və yaradıcılığı, əsərlərinin bədii xüsusiyyətləri, Nizami əsərlərinin orjinallıq və təkrarsızlığını əsaslandıran məsələlər ətrafında geniş məlumat vermişlər. Tədbir fakültə THİK sədri və sədr müavininin moderatorluğu ilə davam etmiş, tələbələr müxtəlif mövzular üzrə Nizaminin həyat və yaradıcılığından söz açmış, o cümlədən Nizamidən farsca orjinal şeirlərdən müəyyən parçaları səsləndirməklə, görüşün əhəmiyyətini daha da artırıblar. Çıxışlar bitdikdən sonra dəyirmi masa yekunlaşdırılıb.
|
Son XƏBƏRLƏR
20.01.2025 | 21:51
BDU kollektivi Şəhidlər xiyabanını ziyarət edib
16.01.2025 | 09:12
Tələbəmiz təşəkkürnamə ilə təltif olunub
24.12.2024 | 22:58
BDU rektoru Misir, Küveyt səfirləri və Qətərin müvəqqəti işlər vəkili ilə görüşüb
24.12.2024 | 09:04
18 dekabr - Beynəlxalq Ərəb Dili Günü”nə həsr olunmuş tədbir keçirilib
23.12.2024 | 22:54