“Şərq filologiyası məsələləri” mövzusunda respublika elmi konfransı keçirilib

Şərqşünaslıq fakültəsindı 26.05.2025-ci il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş gənc tədqiqatçı və magistrantların “Şərq filologiyası məsələləri” mövzusunda respublika elmi konfransı keçirilmişdir.
Şərqşünaslıq fakültəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş gənc tədqiqatçı və magistrantların “Şərq filologiyası məsələləri” mövzusunda respublika elmi konfransı keçirilmişdir. Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə konfransı giriş sözü ilə açaraq müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda təhsilin, elmin inkişafı istiqamətlərində önəmli işlər görüldüyünü qeyd etmiş, Bakı Dövlət Universitetində gənclərin elmi-tədqiqat işinə cəlb olunmasının universitetin prioritet vəzifələrindən olduğunu vurğulamışdır. Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan çıxışında Şərqşünaslıq fakültəsinin gənc alim və magistrantlarına konfransın işində uğurlar diləyərək ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etdiyindən, Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyət qurulmasında gənclərin rolunun danılmaz olduğunu vurğulamışdır.
Konfransın plenar iclasında Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının müdiri, professor Vüqar Qaradağlı “Asim və Nafi”nin qafiyələrinin fonetik transkripsiyasının standartlaşdırılması problemi, Türk filologiyası kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Gülüstan Həsənova Ümummili Lider Heydər Əliyev və Mustafa Kamal Atatürkün ədəbiyyata verdikləri dəyərdən, Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Şahin Yusifli farsdilli klassik poeziyada bədii təsvir və ifadə vasitələri mövzularında çıxışlar etmişlər.
Daha sonra fakültənin gənc doktorantları və magistrantları şərq ölkələrinin dili, ədəbiyyatı, fəlsəfi fikrinin öyrənilməsi və araşdırılması, şərq filologiyasının aktual məsələlərinə toxunan tədqiqat işləri ilə bağlı apardıqları araşdırmalar haqqında məruzələrlə geniş şəkildə çıxışlar etmişlər. “Şəhriyarın qəzəllərində kontakt təkrar modelləri’ , “Alex Orlikin Epik Yasaları Çerçevesinde Abdurrahman Hoca destanı”, “Yaqub Qədri Qarasosmanoğlunun “Ankara” romanında Səlma obrazı”, “Türk və Azsərbaycan dillərində inkarlıq kateqoriyası”, “Ulu Öndər Heydər Əliyevin nitqində çoxmənalı və omonim sözlər”, “Məhəmməd Əli Sepanlunun “Ah...Biyaban!” toplusu”, “Heydər Əliyevin nitqinin ekspressivliyini artıran sintaktik vahidlər”. “Nizami Gəncəvinin “Xəmsə”sində Azərbaycan və fars dillərində eyni məzmunlu atalar sözləri”, “ Nizami Gəncəvinin “Xosrov və Şirin” məsnəvisinin leksik xüsusiyyətləri” olmaqla və s. kimi mövzularda məruzələr dinlənilmişdir.
Konfransın sonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş şərq dillərində “Heydər Əliyev və Şərq” adlı esse müsabiqəsinin qalibləri açıqlanmış və sertifikatla təltif olunmuşlar. Konfrans işini uğurla bitirmiş və sonda xatirə şəkli çəkilmişdir.