Səmərqənd Dövlət Xarici Dillər İnstitutunun nümayəndə heyəti Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində olub
-lg.jpg)
Özbəkistanın Səmərqənd Dövlət Xarici Dillər İnstitutunun nümayəndə heyəti Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində olub.
Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan fakültənin yaranma tarixi, tədris prosesi, akademik heyəti, elmi istiqamətləri və xarici əlaqələri haqqında dolğun məlumat vermişdir. Görüş zamanı nümayəndə heyəti Səmərqənd Dövlət Xarici Dillər İnstitutunun fəaliyyətindən söz açmışdır. Qonaqlar dərs prosesində iştirak etmiş, kafedralarda akademik heyət ilə yaxından tanış olmuşlar.
Sonda tərəflər arasında ortaq elmi-tədqiqat layihələrinin, konfransların, mübadilə proqramlarının həyata keçirilməsi və qarşılıqlı əlaqələrin genişləndirilməsi müzakirə olunmuşdur.