“Şəhriyarın farsca divanında fonetik təkrarlar”
Şərqşünaslıq fakültəsində Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının saathesabı müəllimi, AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq intitunun dissertantı “Şəhriyarın farsca divanında fonetik təkrarlar” mövzusunda məruzə ilə çıxış etmişdir.
Elmi seminarın mövzusu fonetik təkrarlar baxımından aktuallıq kəsb edir. Məruzəçi bildirmişdir ki, alliterasiya və assonansın Şəhriyar şeirinin ahəng yaradan əsas vasitələrindən biridir. Bu səs təkrarı müxtəlif assosiasiya yarada bilir. Məzmundan asılı olaraq təsvir olunan əhvalı səs təkrarı vasitəsi ilə daha da gücləndirir. Məruzəçi qeyd etmişdir ki, “Divan”da mövcud olan alliterasiyalı və assonanslı beytlər daha yaxşı yadda qalır. Müxtəlif mövqedə təzahür edən alliterasiya və assonans ritmik səs fonu yaradır. “Аllitеrаsiyа və аssоnаnsın ritmik çаlаrlı sistеmi şеir dilinin еcizkаrlığındа mühüm аmildir. Eyni zamanda şеir mətninin struktur quruluşunа еstеtik gözəllik vеrməklə bərаbər fоrmа və məzmun gözəlliklərinin əsаs mənbələrindən biridir.
Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Nigar İsmayılzadə, Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Mehdi Kazımov, dosent Əsmətxanım Məmmədova, mövzunun elmi əhəmiyyəti, dilçilikdə fonetik təkrarların rolu və vəzifələri və s. linqvistik məsələlər barədə çıxış etmişlər. Elmi seminar məruzəçiyə ünvanlanan sualların cavablandırılması və geniş fikir mübadiləsinin aparılması ilə yekunlaşmışdır.