“Şəhriyar yaradıcılığında sözün sehri: Bədii təkrarlar və ritm”
-lg.jpg)
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi Orta Şərq dilləri və ədəbiyyatı kafedrasında AMEA nın - Şərqşünaslıq institunun dissertantı və kafedranın saathesabı müəllimi Fərgüzadova Adilənin “Şəhriyar yaradıcılığında sözün sehri: Bədii təkrarlar və ritm” mövzusunda elmi seminar keçirilmişdir.
Seminarda fars və türk dünyasının söz ustadı Məhəmmədhüseyn Şəhriyarın farsca Divanından təkrarın funksional mövqeyi , onun mətndaxili əlaqələrin qurulmasında oynadığı rolundan bəhs edilmiş, leksik,semantik və sintaktik növlərinə dair nümünələr göstərilmişdir. Məruzəçi təkrarların Şəhriyar divanında yaratdığı ritm və harmoniyadan, dahi ustadın söz sənətinin sehrindən danışaraq, beytlərdəki dərin fəlsəfi mənanın izahını vermişdir.
Elmi seminar mövzu ətrafında diskussiyalarla davam etmişdir.