Səfəvilər dövründə mədəni mühit
Şərqşünaslıq fakültəsində “Səfəvilər dövründə mədəni mühit” mövzusunda elmi seminar keçirilmişdir. Elmi seminarın məruzəçisi Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının dosenti Bilqeyis Quliyeva ilk öncə Səfəvilər dövrünün xarici və daxili siyasəti haqqında məlumat vermiş, Səfəvilər dövründə regionda gedən mühüm siyasi, ictimai proseslər nəticəsində ölkənin mədəni həyatında xüsusi inkişaf müşahidə olunduğunu qeyd etmişdir. Məruzəçi Səfəvilər dövründə xəttatlıq, memarlıq, xalçaçıliq, dekorativ - tətbiqi sənət növlərinin və digər mədəniyyət sahələrində çiçəklənmə müşahidə olunduğunu vurğulamışdır. Həmin dövrdə xüsusilə xəttatlıq və memarlıq sahəsində parlaq sənət əsərləri diqqəti cəlb etmişdir. Məruzəçi Sultan Məhəmməd Təbrizi, Kəmaləddin Behzadın xəttatlıq və miniatür sahəsində dünya şöhrətli əsərlərini nümunə gətirmişdir.
Tədbir fakültənin professor-müəllim və tələbələrinin diskussiyaları ilə davam etmişdir.