Şair Ömər Erdem ilə görüş keçirilmişdir
Bakı Dövlət Universitetində Şərqşünaslıq fakültəsi, Yunus Əmrə İnstitutu və Filologiya fakültəsinin təşkilatçılığı ilə müasir türk ədəbiyyatının nümayəndəsi, şair Ömər Erdem ilə görüş keçirilmişdir. Şərqşünaslıq fakültəsinin dekanı dosent Aydan Xəndan görüşü giriş sözü ilə açaraq tədbirin keçirilməsində xüsusi rolu olan Yunus Əmrə İnstitutuna öz təşəkkürünü bildirərək, son vaxtlar Bakı Dövlət Universiteti ilə Yunus Əmrə İnstitututu arasında əməkdaşlığın daha da möhkəmləndiyini vurğuladı. Aydan Xəndan türk poeziyasının inkişaf mərhələləri haqqında məlumat çatdırdıqdan sonra söz şair Ömer Erdemə verildi. Şair tarixi və sosial-iqtisadi faktorların türk ədəbiyyatına təsirindən söz açaraq, müasir dövrdə türk poeziyasının inkişafından və problemlərindən danışdı. Ömer Erdem şeirlərinin mövzusu və forma xüsusiyyətləri ilə bağlı ona yönləndirilən suallara səmimi cavab verərək, şeirlərini səsləndirdi. Tədbirin sonunda müəllif “İstanbul’a” şeir kitabını tələbələrə hədiyyə etdi.