“Sabahattin Ali Kaleminde Kadınlar”
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Fakültə Tələbə Elmi Cəmiyyətinin teşkilatçılığı ilə “Sabahattin Ali Kaleminde Kadınlar” adlı elmi seminar keçirilmişdir. Seminarın məruzəçisi Şərqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin üzvü, Filologiya (Türk dili və ədəbiyyatı) ixtisasının II kurs tələbəsi Firuzə Tağıyeva tanınmış Türk yazıçısı Sabahattin Alinin həyat və yaradıcılığı haqqında məlumat verdikdən sonra yazıçının yaradıcılıgında qadın obrazlarına toxunmuşdur. Məruzəçi yazıçının “Kürt Mantolu Madonna” romanında Mariya Puder, ”İçimizdəki Şeytan” romanında Macidə, “Kuyucaklı Yusuf” romanında Muazzez obrazını bütün incəlikləri ilə təhlil etmişdir. Həmin obrazlardan sitatlar gətirərək “Cəmiyyətdə qadının mövqeyi” mövzusuna aydınlıq gətirmişdir. Elmi seminarda bununla yanaşı yazıçının hekayələrində digər qadın obrazlarına da toxunulmuşdur. Məruzəçi Sabahattin Alinin əsərlərində “sevgi” mövzusunun aparıcı yer tutduğunu vurğulamışdır. Yazıçının əsərlərində daima nəzərə çarpan “alt mətnlər”in Sabahattin Alinin əsərlərinə xüsusi rəng qatdığını qeyd etmişdir.
Elmi seminarda Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə, Fakültə Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri Təranə Hüseynbalayeva, Türk filologiyası kafedrasının müəllimi Həyat Məmmədova çıxış etmişlər.