“Quranda qeyri-ərəb mənşəli sözlər”
Şərqşünaslıq fakültəsində “Quranda qeyri-ərəb mənşəli sözlər” mövzusunda elmi seminar keçirilmişdir. Seminarın məruzəçisi Ərəb filologiyası kafedrasının müəllimi Mais Ağaverdiyev ərəb ədəbi dilinin ən mükəmməl yazılı abidəsi və bu dilin formalaşmasına təkan vermiş Qurani-Kərim barədə məlumat vermiş, bu müqəddəs kitabda qeyri-ərəb mənşəli sözlərin olub-olmadığını araşdıraraq seminarda müzakirə etmişdir. Məruzəçi orta əsrlərdən başlayaraq müasir dövrümüzə qədər alim və təqdiqatçılar, müfəssirlər arasında mübahisə predmetinə çevrilmiş mövzu haqqında ətraflı məlumatlar toplayaraq seminar iştirakçılarının diqqətinə çatdırmışdır. Quranda sami və qeyri-sami dillərindən, o cümlədən türk, latın, yunan, fars, siryani, arami, akkad, şumer, ibri və digər dillərdən alınmış sözlərə toxunmuşdur. Eyni zamanda Quranın elmi ayələrinə də ötəri şəkildə işarə edilmişdir.
Seminar iştirakçıların böyük marağına səbəb olmuş, mövzu ilə bağlı fakültə və kafedra əməkdaşlarının diskussiya və fikir mübadiləsi aparılmışdır.