“Qiraət” kitab klubunun növbəti görüşü
19 Dekabr 2024 21:01

Şərqşünaslıq fakültəsində “Qiraət” kitab klubunun növbəti görüşü keçirilib.
Şərqşünaslıq fakültəsində “Qiraət” kitab klubunun yapon ədəbiyyatına həsr olunmuş növbəti görüşü keçirilib. Görüşdə yapon yazıçısı Dazay Osamunun "İnsanlığın itirməsi" əsərinin bədii təhlili aparılıb. Bununla yanaşı, yazıçının yaşadığı Şova dövrü, II Dünya Müharibəsindən sonra dünyada, eləcə də Yaponiyada artmaqda olan intihar problemləri və nəticələri müzakirə edilib. Yazıçının keşməkeşli həyatı və sonu intiharla nəticələnən bir taleyin əksi, bu qəribə taleyi əks etdirən avtobioqrafik roman "İnsanlığın itirilməsi" diqqətə çatdırılıb. Görüşdə fakültənin dekan Aydan Xəndan, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Oqtay Cəlilbəyli, yapon ədəbiyyatı müəllimi Şəbnəm Mirqədirova və tələbələr iştirak ediblər. Tələbələr mövzu üzrə çıxışlar etmiş, görüş müzakirələrlə davam etmişdir.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36