Qiraət fərqləri: Asimdən Həfs ilə Şü’bə rəvayətləri əsasında müqayisəli təhlil

Ərəb filologiyası kafedrasının müdiri professor Vüqar Qaradağlının "Qiraət fərqləri: Asimdən Həfs ilə Şü’bə rəvayətləri əsasında müqayisəli təhlil" adlı monoqrafiyası çapdan çıxmışdır. Monoqrafiya Asim ibn Əbu Ən-Nəcuddan edilən Həfs və Şü’bə rəvayətlərinin oxunuşları arasındakı fərqlərin filoloji təhlilinə həsr olunmuşdur. Tədqiqatda qiraət fərqləri fonetik və leksik-qrammatik baxımdan araşdırılır. Əsərdə bəzi samitlərin əvəzlənməsi və zəifləməsi, uyuşması və uyğunlaşması, qovuşub-qovuşmaması, səsdüşümü, saitlərin ixtisarlaşması, infleksiyası və məruz qaldıqları digər dəyişiklikləri ətraflı müzakirə olunur. Monoqrafiyada həmçinin feilin qrammatik kateqoriyalar üzrə fərqləri, sintaktik strukturlardakı dəyişikliklərə nəzər salınır, müxtəlif modelli sözlərin işlənməsi məsələlərinə də toxunulur. Bu monoqrafiya Quran qiraətlərinin fonetik və qrammatik xüsusiyyətlərini öyrənməklə mövzuya yeni nəzəri yanaşmaların formalaşmasına mühüm töhfə verir.
Əsər ərəb dili ilə məşğul olan dilçilər, habelə Quran elmləri sahələrində araşdırmalar aparan tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.
[12:04, 10/17/2025] Tarlan Melikov: Ərəb filologiyası kafedrasının müdiri professor Vüqar Qaradağlının "Ərəb ədəbi dilində feilin təsnifi və təsrifi" adlı dərs vəsaiti nəşr edilmişdir. Kitabda ərəb dili feillərinin kök samitlərinin sayı və xüsusiyyətlərinə, həmçinin formalarına görə təsnifi verilir. 380 cədvəldə üç və dörd kök samitli qaydalı və fonetik dəyişikliklərlə təsriflənən qaydasız ərəb feilləri təqdim edilir. Təsrif cədvəllərində feillər sadə və düzəltmə, keçmiş və indiki-gələcək zaman, əmr, (yüngül və ağır) təkid formalarında, mövcud bablarda, məlum və məchul növlərdə, xəbər, arzu, şərt şəkillərdə öz əksini tapır. Cədvəllərə feillərin kök samitləri, onlardan düzələn fail, məful, məsdər daxil edilir, feilin tərcüməsi və modellərin transkripsiyaları da əlavə edilir.
Dərs vəsaiti bakalavriat təhsil səviyyəsinin tələbələrinə hesablanmışdır. Vəsaitdən ali məktəb müəllimləri, elmi işçilər, dissertant və doktorantlar istifadə edə bilərlər.