“Qətran Təbrizinin divanında leksik-semantik söz qrupları”
28 Aprel 2025 17:54

Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasında elmi seminar keçirilmişdir.
Məruzəçi Orta Şərq dilləri və ədəbyyatı kafedrasının doktorantı Gövhərxanım Nağıyeva “Qətran Təbrizinin divanında leksik-semantik söz qrupları” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi Qətran Təbrizinin XI əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olduğu haqqında məlumat vermiş, eyni zamanda onun Yaxın Şərqdə qüdrətli sənətkar kimi tanındığını qeyd etmişdir. Qətran Təbrizinin yaradıcılığının Azərbaycan ilə sıx bağlı olduğu, dövrün əhval ruhiyyəsini, ictimai-siyasi vəziyyətinin tarixini əks etdirdiyinə görə böyük ədəbi-tarixi əhəmiyyətə malik olduğunu vurğulamışdır. Məruzəçi farsdilli ədəbiyyatda xüsusi yeri olan Qətran Təbrizinin “Divan”ındakı sözlərin leksik baxımdan işlənməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulamış, şairin “Divan”ında antonim, sinonim və omonimlərin tədqiqinin onun şeir yaradıcılığının xüsusiyyətlərini daha dəqiq anlamağa kömək etməsini nümunələrlə izah etmişdir. Elmi seminar sual-cavab formatında davam etmişdir.
Son XƏBƏRLƏR
08.07.2026 | 13:03
Şərqşünaslıq fakültəsində 2024-2026-cı tədris ilində təhsil alan magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib
07.07.2026 | 13:16
Regionşünaslıq (Pakistan və İran üzrə), Tərcümə (fars dili) və Filologiya (fars dili) ixtisasları üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
03.07.2026 | 12:57
“Ərəb ədəbi və Qurandafeilin zaman formaları”
22.06.2026 | 16:03
Çin, Yaponiya və Koreyaşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
19.06.2026 | 07:58