Qazaxıstanlı alimlər BDU-da

Şərqşünaslıq fakültəsində Qazaxıstan Respublikasının R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları ilə görüş keçirilmişdir. İnstitutun direktoru Duken Massimxanulu və digər əməkdaşlar Bolat Qudaybergenulu, Saginis Kopenkızı Amirbekova Şərqşünaslıq fakültəsinin qonağı olmuşlar. Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan Bakı Dövlət Universitetinin tarixi, həmçinin Şərqşünaslıq fakültəsinin yaranması, fəaliyyəti haqqında məlumat vermişdir. Görüşdə hər iki ali təhsil müəssisəsi arasında birgə əməkdaşlıq barədə məsələlər müzakirə olunmuşdur. Qeyd olunmuşdur ki, Bakı Dövlət Universiteti və Qazaxistanın Şərqşünaslıq İnstitutunun arasında ilk öncə memorandum imzalanması nəzərdə tutulmuşdur. Birgə əməkdaşlıq çərçivəsində hər iki təhsil müəssisəsi arasında elmi-tədqiqat layihələrinin həyata keçməsi, konfrans, elmi seminarların keçirilməsi, müəllim-tələbə mübadiləsi müzakirə olunmuşdur. . Qonaqlar Şərqşünaslıq fakültəsinin Türk və ərəb filologiyası, Orta şərq dilləri və ədəbiyyatı, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasında olmuşlar, tələbələrlə görüşmüşlər