"Qalib ölkənin qalib gəncləri" adlı tədbir keçirilib
26 May 2023 06:36

Şərqşünaslıq fakültəsində "Qalib ölkənin qalib gəncləri" adlı tədbir keçirilib.
26 may 2023-cü il tarixində Şərqşünaslıq fakültəsində tələbə könüllülərin təşkilati dəstəyi ilə 28 may - Müstəqillik gününə həsr olunmuş "Qalib ölkənin qalin gəncləri" adlı mədəni tədbir keçirilib. Tədbirdə tədris ili ərzində fakültə ictimai həyatında ən çox rol oynayan tələbələr və fakültə rəhbərliyi iştirak edib. Tələbələr urdu, ibri, çin, fars dillərində çıxış edərək, Müstəqillik günü, habelə gənclərin Vətən müharibəsində rolu barədə çıxışlar ediblər. Tələbələrin ifasında musiqilər səsləndirilib, müstəqillik və vətənpərvərlik motivli şeirlər söylənilib. XX əsrdə Azərbaycan xalqına müstəqilliyi bəxş etmiş şəxsiyyətlər yad edilib, görkəmli dövlət xadimlərinin və Ümummilli lider Heydər Əliyevin nitqləri dinlənilmişdir. Fakültənin dekan müavinləri Tərlan Məlikov və Şahin Yusifli tərəfindən tələbələrin uğurlu fəaliyyəti nəzərə çatdırılmış, fakültə ictimai həyatının təşkilində fəal iştirak etdikləri üçün onlara təşəkkür ünvanlanmışdır. Tədbirin sonunda tədris ili ərzində ən aktiv fəaliyyət göstərmiş könüllülər sertifikatla mükafatlandırılmışdır.
Son XƏBƏRLƏR
08.07.2026 | 13:03
Şərqşünaslıq fakültəsində 2024-2026-cı tədris ilində təhsil alan magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib
07.07.2026 | 13:16
Regionşünaslıq (Pakistan və İran üzrə), Tərcümə (fars dili) və Filologiya (fars dili) ixtisasları üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
03.07.2026 | 12:57
“Ərəb ədəbi və Qurandafeilin zaman formaları”
22.06.2026 | 16:03
Çin, Yaponiya və Koreyaşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
19.06.2026 | 07:58