“Qadınlar dünya xalqlarınının gözündə”
7 Mart 2023 08:03

Şərqşünaslıq fakültəsi ilə Sosial elmlər və psixologiya fakültəsi birgə tədbir keçiriblər.
07 mart 2023-cü il tarixində Şərqşünaslıq və Sosial elmlər və psixologiya fakültəsi könüllülərin təşkilatçılığı ilə “8 mart – Beynəlxalq Qadınlar günü” münasibəti ilə “Qadınlar dünya xalqlarınının gözündə” adlı birgə tədbir keçirilib. Fakültələrdə təhsil alan xarici tələbələr də tədbirə cəlb edilib. Şərqşünaslıq fakültəsinin tələbələri Pakistan, ərəb ölkələri, Yaponiya və Koreya xalqlarında qadınların cəmiyyətdə rolu, məşhur qadınların fəaliyyəti haqqında məlumat verməklə yanaşı, müxtəlif dillərdə qadınlara həsr olunmuş şeir nümunələri səsləndiriblər. Eyni zamanda milli rəqslər ifa olunub. Sosial elmlər və psixologiya fakültəsinin tələbələri isə Türk, qazax, Çin, rus xalqlarının mədəni həyatında qadınların rolu barədə məlumat verərək, müvafiq ədəbi nümunələr səsləndiriblər. Tələbələrin ifasında mahnılar səsləndirilərək qadınların bayramı təbrik edilib. Sonda fakültə tələbələri yallı rəqsini icra etməklə, cəmiyyətin nəcib üzvləri olan qadınlara təbriklərini çatdıraraq, öz həmrəyliklərini ifadə ediblər.
Son XƏBƏRLƏR
08.07.2026 | 13:03
Şərqşünaslıq fakültəsində 2024-2026-cı tədris ilində təhsil alan magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib
07.07.2026 | 13:16
Regionşünaslıq (Pakistan və İran üzrə), Tərcümə (fars dili) və Filologiya (fars dili) ixtisasları üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
03.07.2026 | 12:57
“Ərəb ədəbi və Qurandafeilin zaman formaları”
22.06.2026 | 16:03
Çin, Yaponiya və Koreyaşünaslıq ixtisası üzrə IV kurs tələbələrinin yekun referat işlərinin müdafiəsi keçirilib
19.06.2026 | 07:58