Pakistanlı yazıçının elmi seminarı keçirilib
7 Mart 2025 14:50

Şərqşünaslıq fakültəsində Pakistanlı yazıçının elmi seminarı keçirilib.
Pakistanın Bəlucistan universitetinin professoru yazıçı-publisist Kumail Qızılbaşın Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin rəhbərliyi və fakültənin Orta Şərq dilləri kafedrasının Pakistanşünaslıq ixtisanının müəllim və tələbə heyətinin iştirakıyla onlayn formatda elmi seminarı baş tutmuşdur. Görüşdə məruzəçi qismində çıxış edən professor Kumail Qızılbaş Azərbaycan-Pakistan ədəbi əlaqələri, urdu və Azərbaycan dillərində işlənən müştərək sözlərin leksik-semantik xüsusiyyətləri haqqında söhbət açmış, eyni zamanda Azərbaycana səfəri zamanı Azərbaycan xalqının tarixi, mədəni irsi və qonaqpərvərliyi haqqında öz təəssüratlarını bölüşmüşdür. İnteraktiv şəkildə keçən seminar həm məruzəçi, həm də iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Suallar ətrafında seminar davam etmişdir.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36