Pakistanın Muslim İnstitutunun direktor müavini Asif Tanver Avan ilə görüş
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Pakistanın Muslim İnstitutunun direktor müavini Asif Tanver Avan ilə görüş keçirilmişdir. Asif Tanver fakültənin Reqionşünaslıq (Pakistan üzrə) təhsil alan tələbələrinə “Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələri” mövzusunda mühazirə oxumuşdur. Məruzəçi Azərbaycan-Pakistan əlaqələrinin tarixindən, inkişaf mərhələlərindən və müasir vəziyyətindən söhbət açmışdır. O, həmçinin Pakistanın və urdu ədəbiyyatının məşhur nümayəndəsi, sufi şair Həzrət Sultan Bahunun yaradıcılığından danışmış və Azərbaycanda da Sultan Bahunun irsinin araşdırıldığını qeyd etmişdir. Sonda məruzəçi tələbələrin suallarını cavablandırmışdır.