Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri fakültəmizin heyətini qəbul etmişdir
19 Dekabr 2024 21:05

Şərqşünaslıq fakültəsinin heyəti Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri tərəfindən qəbul edilib.
19 dekabr 2024-cü il tarixində Şərqşünaslıq fakültəsinin rəhbər heyəti Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri, fövqəladə və səlahiyyətli səfir, cənab Qasim Mohiuddin tərəfindən qəbul olunub. Səfir fakültə heyətini mehribanlıqla qarşılayıb. Görüşdə fakültə dekanı Aydan Xəndan, Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Mehdi Kazımov, dekan müavini Şahin Yusifli, urdu dili müəllimi Eldost İbrahimov iştirak ediblər. İki ölkənin tarixi dostluq və müttəfiqlik əlaqələri vurğulandıqdan sonra, Bakı Dövlət Universiteti və fakültənin tarixi, urdu şöbəsinin fəaliyyəti, müəllim bazası, tələbə və məzunlar, tədris olunan fənlər, əməkdaşlıq məsələləri, qarşılıqlı təmasların tarixi, ana dili urdu dili olan müəllimlərin dəvəti, qarşılıqlı elmi səfərlər daxil olmaqla elmi və təhsil məsələləri barədə söhbətlər aparılıb. Görüş qarşılıqlı əlaqələrin və əməkdaşlığın genişləndirilməsi baxımdan səmərəli keçib.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36