“Özbəkistan–Azərbaycan ədəbi əlaqələri: Tarix və Müasirlik”
-Şərqşü-(2)-lg.jpg)
Bakı Dövlət Universitetin (BDU) Şərqşünaslıq fakültəsində “Özbəkistan–Azərbaycan ədəbi əlaqələri: Tarix və Müasirlik” mövzusunda elmi seminar keçirilmişdir. Tədbirin əsas məqsədi iki qardaş və türkdilli ölkə olan Azərbaycan və Özbəkistan arasında ədəbi, mədəni və elmi əlaqələrin araşdırılması, bu sahədə aparılan tədqiqatların gənc nəslə çatdırılması və tələbələrin elmi mühitə daha fəal cəlb olunması idi.
Seminarda Şərqşünaslıq fakültəsinin müəllim və tələbə heyəti ilə yanaşı, Özbəkistandan dəvət olunmuş alimlər – Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Füzuli Elmi Tədqiqat Məıkəzinin rəhbəri, filologiya elmləri doktoru, professor Gülbahar Aşurova və Nizami adına Daşkənd Dövlət Pedaqoqika Universitetinin dosenti Dilorom Adilova məruzə ilə çıxış etmişlər.
Tədbiri giriş sözü ilə açan fakültənin elmi işlər üzrə dekan müavini, dosent Nigar İsmayılzadə seminarın elmi əhəmiyyətini vurğulamış, Bakı Dövlət Universitetinin Özbəkistanın aparıcı təhsil müəssisələri ilə əməkdaşlığın genişlənməsini qeyd etmişdir. Türk filolofiyası kafedrasının müdiri, professor Rufət Rüstəmov çıxış edərək, Azərbaycan və Özbəkistan ədəbiyyatının ortaq kökləri, Türk dünyasının ədəbi yaddaşındakı paralellər və qarşılıqlı təsir imkanları barədə elmi fikirlərini bölüşmüşdür.
Seminarın əsas məruzəçiləri, professor Gülbahar Aşurova Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı kontekstində Özbəkistan–Azərbaycan ədəbi əlaqələri”,
“Müstəqillik dövründə ədəbi münasibətlər və elmi əməkdaşlığın yeni mərhələləri” və dosent Dilorom Adilova “Zəhirəddin Məhəmməd Baburun yaradıcılığında Türk birliyi və ümumtürk mənəviyyatı”
mövzularda geniş məruzələrlə çıxış etmişlər:
Məruzələr zamanı yalnız ədəbi nümunələr deyil, həm də bu nümunələrin Türk dünyasının mədəni və mənəvi birliyi kontekstində rolu ətraflı təhlil edilmişdir. Məruzəçilər tələbələrin suallarını cavablandırmış və müxtəlif elmi yanaşmalar ətrafında fikir mübadiləsi aparılmışdır.