“Oxuyan millətin dirçəlişi” mövzusunda Beynəlxalq elmi-praktiki simpozium
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Əsmətxanım Məmmədova Qazaxıstanın Almatı şəhərində “Oxuyan millətin dirçəlişi” mövzusunda VI Beynəlxalq elmi-praktik simpoziumda iştirak edib.
Simpozium Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi, UNESCO-nun nəzdində fəaliyyət göstərən “Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Mərkəzi”, TÜRKSOY Yazıçılar Birliyi və Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.
Konfransda Azərbaycan xalqının böyük dostu, dünya şöhrətli yazar və ictimai xadim Oljas Süleymanovun şəxsi dəvəti ilə iştirak edən Əsmətxanım Məmmədova “Azərbaycan ədəbiyyatının inkişafında Oljas Süleymanovun rolu” adlı məruzə edib. Konfransın sonunda dosent Əsmətxanım Məmmədova məruzəsinə görə sertifikata layiq görülüb.