“Ortak Türk Fəlsəfi Düşüncəsinin Dahisi: Nizami Gəncəvi”

Ərzurumda “Ortak Türk Fəlsəfi Düşüncəsinin Dahisi: Nizami Gəncəvi” Beynəlxalq Elmi Simpoziumu keçirilib...
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Əsmətxanım Məmmədova 2025-ci il oktyabrın 23-də Azərbaycan Respublikasının Ankaradakı Mədəniyyət Mərkəzi, TİKA, Nizami Gəncəvi Vəqfi, Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə əməkdaşlıq çərçivəsində Ərzurum Atatürk Universitetinin ev sahibliyi ilə “Ortak Türk Fəlsəfi Düşüncəsinin Dahisi: Nizami Gəncəvi” adlı Beynəlxalq Elmi Simpoziumda iştirak etmişdir. Şərqşünas alimin “Nizami Gəncəvi yaradıcılığı üzərinə filoloji tədqiqatlar” adlı geniş məruzəsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Azərbaycan və Türkiyədən tanınmış alimlərin, nizamişünasların, yazıçı və ictimaiyyətin görkəmli nümayəndələrinin iştirakı ilə keçirilən simpoziumda türk-islam düşüncəsinin formalaşmasında mühüm rola malik olan Nizami Gəncəvinin zəngin ədəbi və fəlsəfi irsi, ortaq mədəni dəyərlər sistemindəki yeri və onun ümumbəşəri mesajları elmi müstəvidə müzakirələrə cəlb olunmuşdur. Səfər çərçivəsində Ərzurum şəhərinin tarixi-mədəni məkanları ziyarət edilmişdir.