Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının əməkdaşı Pakistan İslam Respublikasının Lahor şəhərində elmi seminarda iştirak edib

Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının urdu dili ixtisası üzrə baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Paşayeva Amalya Arif qızı 2025-ci il 11-12 dekabr tarixlərində Pakistan İslam Respublikasının Lahor şəhərində İdarəetmə və texnologiya universitetinin (UMT) təşkilatçılığı ilə keçirilən elmi seminarda iştirak etmişdir. Tədbirin başlanğıcında Ümummilli liderimiz Heydər Əliyevin xatirəsi 1dəqiqəlik sükutla yad olunmuş, dövlət himnləri səsləndirilmişdir. A. Paşayevanın “Sərhədləri aşaraq Azərbaycan” Azərbaycan cəmiyyəti və mədəniyyəti Pakistanla dialoqda – ortaq və fərqli dəyərlər ” mövzusunda məruzəsi seminar iştirakşıları tərəfindən böyük maraqla qarşılanmışdır. Tədbir rektor professor Asif Raza, tədqiqat, innovasiya və ticariləşdirmə ofisinin direktoru professor Abid Shirvaninin rəhbərliyi ilə keçirilmişdir.
Səfər çərçivəsində A. Paşayeva Lahor Təhsil Universiteti (UOE), Pəncab Universiteti (PU), Pəncab Universitetinin Şərq kolleci, Lahor Dövlət Kollec Universiteti (GCU), “Nazaria-i-Pakistan” Fondunda olmuşdur. Pəncab Universitetinin rektoru prof. Məhəmməd Əli, senator Müşahid Hüseyn Seyid və fondun katibi Nahid İmran Gill, Şərq Kollecini direktoru prof. Bəsirə Əmbreen, GCU-nun rektoru prof. Muhammad Omer Chaudhry, urdu dili departamentində prof. Saima İram, müəllim və tələbə heyəti ilə görüşmüşdür.
Bu səfər təkcə UMT–BDU əlaqələrini deyil, ümumilikdə Pakistan–Azərbaycan akademik və mədəni əməkdaşlığını da gücləndirmiş, təhsil, elm və qarşılıqlı hörmət kimi ortaq dəyərləri daha da möhkəmləndirmişdir.
https://pu.edu.pk/home/section/allpress/16699
https://elaz.info/alimlərimiz-pakistan-universitetini-ziyarət-etdi/