Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının dosenti Əsmətxanım Məmmədovanın 85 illik yubileyinə həsr olunmuş “Şərq qadınının uğur yolu” adlı tədbir keçirilib
-lg.jpg)
Şərqşünaslıq fakültəsində Tələbə Elmi Cəmiyyətinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının dosenti Əsmətxanım Məmmədovanın 85 illik yubileyinə həsr olunmuş “Şərq qadınının uğur yolu” adlı tədbir keçirilmişdir.
Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan açılış nitqində Əsmətxanım Məmmədovanın Azərbaycan şərqşünaslığına verdiyi töhfələrdən bəhs edərək onun pedaqoji fəaliyyətinin gənc nəslin formalaşmasında mühüm rol oynadığını vurğulamış, Əsmətxanımın Məmmədovanın Şərq qadınının iradəsini, əzmini və gücünü parlaq şəkildə təcəssüm etdirdiyini dilə gətirmişdir. Daha sonra Əsmətxanım Məmmədova çıxış edərək keçdiyi ömür yolundan, elmə olan bağlılığından və müəllimlik fəaliyyətinin onun həyatındakı yerindən danışmış, gənclərə daim öyrənməyi və milli-mənəvi dəyərlərə sadiq qalmağı tövsiyə etmişdir.
Tədbirdə fakültənin professor-müəllim heyəti çıxış etmiş, Əsmətxanım Məmmədovanın elmi və pedaqoji fəaliyyətinindən söhbət açmış və təbriklərini dilə gətirmişlər.
Tədbirdə Əsmətxanım Məmmədovanın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmişdir.