Orta Şərq dilləri və ədəbiyyatı kafedrasında növbəti elmi seminar baş tutub
3 Mart 2025 11:50

Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasında növbəti elmi seminar baş tutub.
28 fevral 2025-ci il tarixində Bakı Dövlət Universitenin Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının baş müəllimi Ziyafət Məmmədovanın Əl-Faruqinin "Daneşname-ye Qədərxan" lüğətinin yeganə əlyazması haqqında elmi seminarı baş tutub. Z.Məmmədova məlumat verib ki, XIV əsrin Hindistan məktəbinin nadir əlyazmalarından biri olan bu əsərin yeganə nüsxəsi AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılmaqdadır. 2500-ə yaxın leksik vahidin izahına həsr olunmuş bu lüğət kitabında elmin bütün sahələrinə aid olan sözlərə rast gəlmək olur. Əl-Faruqi hər bir dil vahidinə verilən izahı əyaniləşdirmək və onun mənasını bir daha zənginləşdirmək məqsədilə illüstrativ vasitə şəklində, səksənə yaxın farsdilli şairin 1000-ə yaxın beytlərindən istifadə etmişdir. Mövzu ilə əlaqədar diskussiya aparılmış və suallar cavablandırılmışdır.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36