Nəcibə Arif Şərqşünaslıq fakültəsində olub
18 Dekabr 2024 20:58

Pakistan İslam Respublikasının Ədəbiyyat Akademiyasının prezidenti Nəcibə Arif Şərqşünaslıq fakültəsində olub.
18 dekabr 2024-cü il tarixində Pakistan İslam Respublikasının Ədəbiyyat Akademiyasının prezidenti Nəcibə Arif Şərqşünaslıq fakültəsini ziyarət edərək, fakültə rəhbərliyi, urdu dili və ədəbiyyatı müəllimləri, o cümlədən Regionşünaslıq (Pakistan üzrə) ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb. Qonaq fakültə ilə tanış olub, dekan dos. Aydan Xəndan, Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, prof.Mehdi Kazımov, habelə urdu dili müəllimlərinin iştirakı ilə ikitərəfli münasibətlərin yaradılması, gələcək perspektiv layihələr və əməkdaşlıq məsələləri müzakirə edilib. Qonaq Pakistan otağında olub, tələbələrlə tanış olub. Tələbələr şeirlər və urdu dilində mahnılar ifa ediblər. Qonaq Nəcibə Arif tələbələrə öz məsləhətlərini verərək, onların fəaliyyətini alqışlayıb.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36