Nasir Xosrov və onun "Səfərnamə " əsəri haqında məruzə dinlənilmişdir
Şərqşünaslıq fakültəsində elmi seminar keçirilmişdir. Seminarda Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi Aytən Fərman qızı Allahverdiyeva "Nasir Xosrov və onun "Səfərnamə " əsəri haqında məruzə ilə çıxış etmişdir. Məruzəçi əvvəl Nasir Xosrovun həyat və yaradıcılığı haqqında məlumat vermişdir. A.Allahverdiyeva Nasir Xosrovun XI əsr görkəmli fars şairi, filosofu, eyni zamanda ismaililik təriqətinin təbliğatçısı olduğunu vurğulamışdır. Onun "Səfərnamə" əsəri müəllifin ziyarət məqsədilə Xorasandan Məkkəyə qədər olan yolu piyada gedib-qayıtdığı yeddi illik müşahidələrinin məhsuludur. Ədib səfər boyu Kiçik Asiya, Suriya, Hicaz, Sudan, Azərbaycan, İranın müxtəlif şəhərlərini ziyarət etmişdir.
Tədbir müəllim və tələbə heyətinin diskussiyaları davam etmişdir.