”Müstəqillik və Müasir Azərbaycan gənci” adlı bilik yarışı

Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatlarının (TGT) birgə təşkilatçılığı ilə 18 Oktyabr - “Müstəqillik Günü”nə həsr olunmuş ”Müstəqillik və Müasir Azərbaycan gənci” adlı bilik yarışı keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Rəsmi açılışdan sonra tədbir iştirakçılarına 18 Oktyabr – Müstəqillik Günü barədə ətraflı məlumat verilimiş bu günün Azərbaycan tarixindəki mühüm rolu və dövlətçilik ənənələrinin formalaşmasında əhəmiyyəti elmi əsaslarla vurğulmışdır.
Daha sonra iki universitetin tələbələrinin iştirakı ilə bilik yarışı təşkil olunmuşdur. Yarışın qaydaları izah edildikdən sonra iştirakçılara Azərbaycanın müstəqillik tarixi, dövlət atributları və milli kimlik məsələlərinə dair suallar təqdim olunmuşdur.
Tədbirin sonunda qalib komanda elan olunaraq sertifikatla təltif edilmişdir.
Sonda hər iki universitetin tələbələri xatirə şəkli çəkdirimişlər.