Müasir türk və Azərbaycan dillərində diplomatik terminlərin struktur-semantik təhlili

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi Türk filologiyası kafedrasının dosenti Cəmilə Rüstəmovanın "Müasir türk və Azərbaycan dillərində diplomatik terminlərin struktur-semantik təhlili" adlı monoqrafiyası işıq üzü görüb. Azərbaycan dilində ilk dəfə nəşr olunan bu monoqrafiya müasir türk və Azərbaycan ədəbi dilində diplomatik terminlərin struktur- semantik cəhətdən öyrənilməsinə, diplomatik əlaqələri əks etdirən tarixi, iqtisadi, sosial, siyasi və hərbi terminologiyanın araşdırılmasına, iki qohum dildə diplomatik leksikanın-terminoloji vahidlərin formalaşma tarixinin və inkişaf yollarının tədqiqinə həsr edilmişdir. Monoqrafiyanın sonunda diplomatic terminlər lüğətinə də yer verilmişdir.
Monoqrafiya BDU-nun Şərqşünaslıq fakültəsinin bakalavr və magistr pilləsində təhsil alan tələbələri, eyni zamanda diplomatlar, türkoloqlar, tərcüməçilər və terminalogiya sahəsində tədqiqat aparan doktorantlar da faydalana bilər.