“Müasir türk ədəbi dilində leksikologiyanın əsas inkişaf istiqamətləri” mövzusunda ilkin müzakirəsi keçirilib

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasında 5710.01 - “Türk dilləri” ixtisasının “Türk filologiyası” kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı filologiya üzrə fəlsəfə doktoru, dosent Hacıyeva Bənövşə Niyaz qızının “Müasir türk ədəbi dilində leksikologiyanın əsas inkişaf istiqamətləri” mövzusunda ilkin müzakirəsi keçirilmişdir. Dissertasiyanın mövzusu Türkologiyanın mühüm sahəsinə həsr olunmuşdur. İlkin müzakirə uğurla həyata keçmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının bütün tələblərinə cavab verərək növbəti mərhələyə buraxılmışdır.
İlkin müzakirədə fakültə əməkdaşları və qonaqlar iştirak etmişlər