"Mövlana işığında: Sevgi və Sonsuzluq”

Bakı Dövlət Universiteti (BDU) Şərqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Mövlana işığında: Sevgi və Sonsuzluq” adlı tədbir keçirilmişdir.
Tədbir açıq elan olunduqdan sonra açılış nitqi ilə çıxış edən Şərqşünaslıq fakültəsinin
Daha sonra Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə çıxış edərək Mövlana Cəlaləddin Ruminin şəxsiyyəti, Mövləvilik təriqəti və Şərq fəlsəfəsində tutduğu mövqe haqqında məlumat verilmişdir.
Tədbirin davamında Mövlana Ruminin həyatı və fəaliyyətini əhatə edən təqdimat nümayiş olunub, onun ömür yolunu əks etdirən videoçarx izlənilmişdir. Daha sonra Ruminin yaradıcılığı geniş şəkildə şərh olunub, xüsusilə “Məsnəvi-yi Mənəvi” və “Fihi ma fih” əsərləri haqqında məlumat verilmişdir,bu əsərlərin insanın mənəvi kamilliyində rolu vurğulanmışdır.
Tədbirin bədii hissəsində Mövlana Ruminin “Sənsiz nəfəssizəm, ey dost” şeiri səsləndirilib və şeirin məzmunu ətrafında müzakirə aparılmışdır.