Misir və Azərbaycan Mədəniyyət Günü
9 İyun 2026 22:11

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi və Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin təşkilatçılığı ilə Misir və Azərbaycan Mədəniyyət Günü keçirilib. Mərasimdə çıxış edən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov bildirib ki, Azərbaycan və Misir qədim tarixə və zəngin mədəni irsə malik ölkələrdir. Hər iki xalq dünya sivilizasiyasının inkişafına mühüm töhfələr verib, bu ortaq dəyərlər qarşılıqlı hörmət və əməkdaşlıq üçün möhkəm zəmin yaradır. İki ölkə arasında 1992-ci ildə qurulmuş diplomatik münasibətlər siyasi, iqtisadi, elmi və humanitar sahələrdə uğurla inkişaf edib: “Bugünkü tədbir sadəcə mədəniyyət bayramı deyil, xalqlarımız arasında mövcud olan möhkəm dostluğun bariz təzahürüdür. Fərqli coğrafiyalarda yaşasaq da, bizi ortaq bəşəri və mənəvi dəyərlər birləşdirir. Bu cür tədbirlər gələcək nəsillərdə tolerantlıq, hörmət və mədəni müxtəlifliyə sevgi kimi prinsipləri aşılayır”.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36