Mənəvi dəyərlərimizdən gələcəyə baxış
23 Oktyabr 2023 19:29

Şərqşünaslıq fakültəsində "Mənəvi dəyərlərimizdən gələcəyə baxış" adlı tədbir keçirilib.
23 oktyabr 2023-cü il tarixində Şərqşünaslıq fakültəsində könüllülərin təşkilatçılığı ilə "Mənəvi dəyərlərimizdən gələcəyə baxış" adlı tədbir keçirilib. Tədbirdə fakültə rəhbərliyi və tələbələr iştirak ediblər. Dövlət himni səsləndirildikdən və şəhidlərin ruhu yad edildikdən sonra tədbir açıq elan edilib. Dekan müavini Şahin Yusifli milli mənəvi dəyərlər, Azərbaycan tolerantlığı, milli mental xüsusiyyətlər və gənclərin bu xüsusiyyətləri daşıması və ötürməsi barədə çıxış etdikdən sonra, tələbələr milli fikrin inkişafında iz buraxmış şəxsiyyətlər, xüsusilə Ümummilli lider Heydər Əliyev şəxsiyyəti barədə danışıblar. Tələbələrin ifasında gitarada vətənpərvərlik nəğmələri və Azərbaycan mahnısı səsləndirilib. Vətən şəhidlərinin ruhuna həsr olunmuş şeir səsləndirildikdən sonra tədbir yekunlaşdırılıb.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36