Melih Cevdet Andayın şeirlərində ictimai motivlər
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində “Melih Cevdet Andayın şeirlərində ictimai motivlər” adlı elmi seminar keçirilmişdir. Seminarın məruzəçisi Türk filologiyası kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Gülüstan Həsənova ilk öncə Melih Cevdet Andayın həyatı haqqında məlumat vermişdir. Məruzəçi Melih Cevdetin poetik yaradıcılığının dörd mərhələdən ibarət olduğunu vurğuladıqdan sonra hər dövrün özünəməxsus cəhətlərini ayrı-ayrılıqda izah etmişdir. Seminarda eyni zamanda Melih Cevdetin cəmiyyətdəki haqsızlıq, insanların yoxsulluğu, ölüm mövzusunda və həmçinin, müharibə əleyhinə yazılmış şeirlərinə toxunuldu. Seminar tələbələrin çıxışı fonunda davam etmişdir. Tələbələr şairin “Düzenli dünya”, “Telegrafhane”, “Yaşamak güzel şey”, “Ben doğmadan önce” adlı şeirlərini məharətlə səsləndirdilər.