Mədəniyyət Sərgisi
2 Noyabr 2024 07:55

"BDU könüllüləri" təşkilatının Şərqşünaslıq fakültəsi üzrə könüllülərinin və "Renessans" İncəsənət klubunun birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin 105 illiyi münasibətilə "Mədəniyyət Sərgisi" təşkil olunub.
Şərqşünaslıq fakültəsi üzrə sədr Jalə Əliyeva sərginin mahiyyəti barədə sərgi iştirakçılarına məlumat verib. Daha sonra fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Şahin Yusifli sərgini açıq elan edib.
Müxtəlif ölkələrin zəngin mədəni irsini nümayiş etdirmək və insanları bu irslə tanış etmək məqsədilə təşkil olunan bu sərgidə fakültənin dekan müavinləri, müəllimlər və tələbələr iştirak edərək şərq ölkələrinin incəsənəti ilə yaxından tanış olublar. Sərgi zamanı bir sıra ölkələrin mədəniyyətini əks etdirən rəsm əsərləri nümayiş etdirilib.
Sərgi "Lin-Orph" Musiqi klubunun çıxışları ilə başa çatıb.
Son XƏBƏRLƏR
23.09.2026 | 06:29
Şərqşünaslıq fakültəsində dərslər distant formatda təşkil olunur
22.09.2026 | 20:52
Tələbələrimiz Yunus Emre İnstitutunun təşkil etdiyi Türkoloji yay məktəbində iştirak ediblər
17.09.2026 | 16:20
Tələbələrimiz Küveyt Dövlətinin təqaüd proqramı çərçivəsində Küveyt Universitetinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak edib
15.09.2026 | 16:30
Bilik Günü münasibətilə fakültəmizdə yeni qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib
14.09.2026 | 18:36